newsPhoto

Şirvan regional miqrasiya idarəsinin əməkdaşları bir qrup şəhid ailəsini ziyarət ediblər

Şirvan regional miqrasiya idarəsi tərəfindən xidməti ərazi üzrə 3 Vətən müharibəsi şəhidi - Qəribov Asif Səxavət oğlu, Məmmədov Xəqani Füzuli oğlu və Şıxəliyev Elvin Sarvan oğlunun ailələri ziyarət olunub.

Asif Qəribov Füzuli uğrunda, Xəqani Məmmədov Suqovuşan uğrunda, Elvin Şıxəliyev isə Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar. Görüşdə xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin hünəri bir daha yad edilərək onların torpaqlarımızın azadlığı üçün fədakarlıqları xatırlanıb və tarixdə əbədi yaşayacaqları vurğulanıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur