newsPhoto

Miqrasiya Könüllüləri daha bir müsabiqənin qalibi olublar

15 sentyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllüləri arasında Bilik Gününə həsr olunmuş intellektual müsabiqə Miqrasiya Könüllülərinin qələbəsi ilə başa çatıb.

Könüllülərin asudə vaxtlarının səmərəli və əyləncəli təşkili, onların intellektual fəaliyyətə cəlb olunması, eləcə də bu sahədə bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə keçirilən müsabiqədə İttifaqa üzv təşkilatları təmsil edən 75 könüllü iştirak edib.

Müsabiqədə hər birində 5 könüllü olmaqla, 15 komanda birincilik uğrunda mübarizə aparıb. “Nə? Harada? Nə zaman?” formatında keçirilən ilkin mərhələdə 8 komanda qələbə qazanaraq “Xəmsə” formatında keçirilən növbəti mərhələdə iştirak hüququ qazanıb. Bu mərhələdə isə “Miqrasiya Könüllüsü” İctimai Birliyini təmsil edən komanda bütün rəqiblərini üstələyərək müsabiqənin qalibi olub. “AFFA və AVRO-2020” Könüllülər Programı və “Könüllü Dost” Proqramını təmsil edən komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok, medal və dəyərli hədiyyələr təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur