newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2021-ci ilin iyul ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin iyul ayı ərzində 10.465 zəng daxil olub. Onlardan 9.412-si Azərbaycan dilində, 924-ü rus dilində, 129-u isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2.755-i müvəqqəti yaşama icazəsi, 2.675-i müvəqqəti olma müddətinin uzadılması, 537-si daimi yaşama icazəsi, 438-i iş icazəsi, 922-i vətəndaşlıq məsələləri, 841-i olduğu yer üzrə qeydiyyat, 361-i inzibati xəta, 1.936-sı isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur