newsPhoto

İsmayıllıda maarifləndirmə tədbiri keçirilib

Ağsu regional miqrasiya idarəsi tərəfindən İsmayıllı şəhərində “Pandemiya dövründə Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib. 

Tədbir iştirakçılarına pandemiya dövründə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydaları, həmçinin vətəndaşlıq məsələləri ilə bağlı geniş məlumatlar verilib. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur