newsPhoto

Qurban bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib

Müqəddəs Qurban bayramı ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizdə 100 ailəyə bayram sovqatı paylanıb. Qaçqın statusu əsasında yaşayan, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsində olanların, həmçinin şəhid və qazilərimizin, az təminatlı şəxslərin ailələri üçün təşkil olunan yardım aksiyası pandemiya qaydalarına uyğun şəkildə, sosial izolyasiya tədbirlərinə riayət olunmaqla həyata keçirilib. Aksiyanın təşkilində dəstək olan tərəfdaşımıza təşəkkürümüzü bildiririk.

Dövlət Miqrasiya Xidməti tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını, pandemiya dövründə xüsusilə diqqətdə saxlanıldıqlarını bildirən ailələr minnətdarlıqlarını ifadə ediblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur