Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Azərbaycan Respublikasına səfər edən Rusiya Federasiyası vətəndaşlarının nəzərinə!


Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 1 yanvar 2025-ci il tarixindən Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilmişdir.

Qeyd olunan tarixdən etibarən ölkə ərazisinə gələn Rusiya Federasiyası vətəndaşlarının müvəqqəti olma müddəti ilə bağlı tələbə əməl etmələri zəruridir. 

İl ərzində ölkədə 90 gündən artıq olmaq və ya yaşamaq istəyən Rusiya Federasiyası vətəndaşları müvəqqəti olma müddətləri bitənədək qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə, bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.   

Xatırladaq ki, ölkə ərazisində müvəqqəti olmaq üçün müəyyən edilmiş müddət bitənədək müvəqqəti olma müddəti uzadılmayan və ya müvəqqəti yaşamaq üçün icazə verilməyən  Rusiya Federasiyası vətəndaşları Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - pr@migration.gov.az e-maili vasitəsilə müraciət edə bilərsiniz.

 

Səhifənin son yenilənmə tarixi: 06.12.2020


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti