Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqə (qanunvericiliyə uyğun olaraq ixtisas imtahanından azad edilən şəxslər üçün) elan edir


Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olan ali təhsilli aşağıda göstərilən şəxslər vakant vəzifələrə qulluğa qəbulla əlaqədar müsabiqənin söhbət mərhələsinə dəvət olunurlar:

  • prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər
  • digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları
  • hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər

Vakant vəzifələr:

  • Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi - 3 yer (inspektor)
  • Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi - 1 yer (inspektor-həkim)

Vakant vəzifələrin tutulması şərtləri və s. barədə məlumatlarla buradan tanış ola bilərsiniz.

Tələb olunan sənədlər:

  • kadrlar uçotunun şəxsi vərəqəsi
  • ərizə
  • şəxsiyyət vəsiqəsinin surəti
  • təhsil haqqında sənədin surəti
  • hərbi biletin surəti (kişilər üçün)
  • əmək kitabçasının surəti
  • 2 (iki) ədəd fotoşəkil (3x4sm ölçüdə)

Qeyd:

  • İnspektor-həkim vəzifəsinə iddia edən şəxslərdən ümumi cərrahiyyə, terapiya və psixiatriya ixtisasına malik Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük veriləcək.
  • Söhbət mərhələsində iştirak etmək üçün namizədlər şəxsən sənədlərini 2023-cü il aprel ayının 26-dan may ayının 15-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aparatına (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) təqdim etməlidirlər.
  • Xarici dil bilmə səviyyəsi yüksək olan şəxslərə üstünlük veriləcək.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur