Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yeni “İnformasiya Texnologiyaları Məktəbi” layihəsinə başlayır və bununla əlaqədar müsabiqə ELAN EDİR


Ali təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları, kompüter elmləri və bənzəri ixtisasları üzrə ali təhsili, həmçinin, müvafiq iş təcrübəsi olan gənclər İT Məktəbində iştirak üçün dəvət olunur.

İT Məktəb barədə ətraflı məlumatı Konsepsiya Sənədindən əldə edə bilərsiniz.

İştirakçılar proqram çərçivəsində İT helpdesk, şəbəkə, sistem inzibatçılığı və proqram təminatının inkişafı sahəsində peşəkar biliklərə yiyələnmək, praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.

Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

İlkin seçimdən keçmiş şəxslər müsahibə üçün dəvət olunacaqdır.

Proqramda iştirak üçün sənədlər “26” aprel 2019-cu il tarixədək elektron poçt vasitəsilə, itschool@migration.gov.az ünvanına (başlıq hissəsində “İT Məktəb” göstərilməklə) qəbul olunur.

Səhifənin son yenilənmə tarixi: 06.12.2020


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti