Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Heydər Əliyev Mərkəzinİ ziyarət ediblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Heydər Əliyev Mərkəzini ziyarət edən Xidmət əməkdaşlarına mərkəz barədə ətraflı məlumat verilib. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ilə tanışlıq miqrasiya orqanları işçilərinin marağına səbəb olub. Onlar öncə Ümummilli Liderin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar, foto və videomateriallarla tanış olublar. Bildirilib ki, Mərkəz müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən Heydər Əliyev Mərkəzi artıq dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

DMX əməkdaşları Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti