Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti Zaqatala rayonunda növbəti səyyar xidmət təşkil edib

Dövlət Miqrasiya Xidməti Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Zaqatalada əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil  edib.

Səyyar xidmətin imkanlarından müraciət edən 52 şəxs  istifadə edib. Onlardan 21 nəfərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti, həmçinin daimi yaşamaq üçün icazə vəsiqələri, 13 nəfərinə  vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 6 nəfərdən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 2 şəxsdən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənəd qəbul olunub. 

10 şəxsə isə DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı təqdim olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti