Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti Balakən rayonunda səyyar xidmət təşkil  edib

Dövlət Miqrasiya Xidməti (DMX) Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Balakəndə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil  edib.

Səyyar xidmətin imkanlarından 37 şəxs  istifadə edib. Belə ki, 15  şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün və 3 nəfərə  isə daimi yaşamaq üçün icazə vəsiqələri, 8 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 2 nəfərdən daimi yaşama icazəsi ilə bağlı müraciət qəbul edilib. 9  şəxsə isə təqdim etdikləri sənədlərdə mövcud çatışmazlıqlar izah edilib, həmçinin DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı təqdim olunub.

Müraciət edənlər səyyar xidmətin təşkilindən razı qaldıqlarını bildiriblər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti