newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Yevlax şəhərində fəaliyyət göstərən qanunsuz miqrantların saxlanılması mərkəzinin ərazisində obyekt mülki müdafiə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidmətinin Yevlax şəhərində fəaliyyət göstərən qanunsuz miqrantların saxlanılması mərkəzinin ərazisində xəbərdarlıq və toplanış, həmçinin  obyekt mülki müdafiə məşqləri keçirilib.

Xidmətin mülki müdafiə qərərgahı, regional miqrasiya idarələrinin əməkdaşları, o cümlədən xilasetmə briqadaları, sanitar post, Xidmətin tibbi müəssisəsinin əməkdaşları, Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 1 ədəd yanğınsöndürən avtomobili, Təcili yardım və xilasetmə briqadalarının iştirak etdiyi tədbirin birinci mərhələsində mülki müdafiə qüvvələrinin düzülüşü, əmlak və avadanlıqlarının vəziyyəti nəzərdən keçirilib. Həmçinin əhalinin mühafizəsi və fəlakətlərə qarşı mübarizə sahəsində mülki müdafiənin rolu, mühafizə və xilasetmədə yeni texnologiyalardan istifadə edilməsi, peşəkar və təcrübəli kadr hazırlığı sisteminin yaradılmasının vacibliyi haqqında ətraflı məlumat verilib.

Sonra şərti olaraq baş vermiş yanğın zamanı qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilmiş şəxslərin, eyni zamanda baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan məşqdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini hadisə yerinə çatdırıblar. Mühəndis kəşfiyyat qrupu tərəfindən hadisə baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan və mülki müdafiə qərargahına məlumat verildikdən sonra, xəsarət alanların təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi, həmçinin elektrik, qaz və su xətlərində qəza-bərpa işlərinin aparılması əməliyyatları yerinə yetirilib. Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin operativ müdaxiləsi ilə yanğının digər sahələrə keçməsinin qarşısı alınmaqla yanğın söndürülüb.

Tədbir müddətində bütün qüvvələr qarşılıqlı fəaliyyət göstərib, peşəkarlıq nümayiş etdirib, pərakəndəliyə və çaşqınlığa yol verməyiblər. Keçirilən tədbirdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur