Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti Quba rayonunda səyyar xidmət təşkil  edib

Dövlət Miqrasiya Xidməti (DMX) Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qubada əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil  edib.

Quba rayonunun Gənclər mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından 47 şəxs  istifadə edib. Belə ki, 4 nəfərdən müvəqqəti yaşama icazəsi,  1 nəfərdən daimi yaşama icazəsi, 1 şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı müraciətlər qəbul edilib. 17 nəfərə  vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması barədə arayış, 8 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti, 7 nəfərə daimi yaşamaq üçün icazə vəsiqələri verilib. 9  şəxsə isə təqdim etdikləri sənədlərdə mövcud çatışmazlıqlar izah edilib, həmçinin DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti