Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti səyyar xidmət təşkil  edib  

Səyyar xidmət Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qusar rayonunda fəaliyyət göstərən Gənclər mərkəzində təşkil  edilib.

Xidmətin imkanlarından müraciət edən 56 şəxs  istifadə edib. Belə ki, 6 nəfərə müvəqqəti yaşama, 4 şəxsə daimi yaşama icazələrinin verilməsi və 3 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı müraciətlər qəbul olunub. 

19 nəfərə  vətəndaşlıq mənsubiyyətinin  müəyyən olunması ilə bağlı arayış, 12 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama və 1 nəfərə daimi yaşama icazəsi vəsiqələri verilib. Həmçinin 11 şəxsə DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib və təqdim edilən sənədlərdəki çatışmazlıqlar izah olunub.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti