newsPhoto

Ümumdünya Qaçqınlar Gününә hәsr olunan beynәlxalq tәdbir keçirilib

Azәrbaycan Respublikası Qaçqınların vә Mәcburi Köçkünlәrin İşlәri üzrә Dövlәt Komitәsi, Dövlәt Miqrasiya Xidmәti vә BMT-­nin Qaçqınlar üzrә Ali Komissarlığının ölkәmizdәki nümayәndәliyinin birgә tәşkilatçılığı ilә 20 iyun ­ Ümumdünya Qaçqınlar Gününә hәsr olunan beynәlxalq tәdbir keçirilib.

Tәdbirdә dövlәt vә hökumәt nümayәndәlәri, Milli Mәclisin deputatları, ölkәmizdә fәaliyyәt göstәrәn diplomatik korpusun tәmsilçilәri iştirak ediblәr. BMT­-nin Qaçqınlar üzrә Ali Komissarlığının (QAK) Azәrbaycandakı nümayәndәsi Daq Siqurdson Ümumdünya Qaçqınlar Gününün qeyd edilmәsinin әhәmiyyәtini vurğulayıb. Sonra BMT-­nin qaçqınlar üzrә ali komissarı Filippo Qrandinin Ümumdünya Qaçqınlar Günü ilә bağlı videomüraciәti sәslәndirilib. Müraciәtdә bildirilib ki, BMT QAK hәr il iyunun 20­-dә Ümumdünya Qaçqınlar Gününü qeyd edir, müharibә vә ya tәqiblәrә görә doğma yurdlarını tәrk etmәyә mәcbur olmuş ailәlәrin şәraitini diqqәtә çatdırır. BMT QAK qaçqınların yaşadıqları mәnәvi әziyyәtlәrin aradan qalxmasına kömәk etmәk üçün beynәlxalq ictimaiyyәtin hәll yolları axtardığını göstәrәn ümid qığılcımları tapmağa çalışır. Hәr gün mediada qaçqınlar barәdә mәlumatlar yayılır, zorakılıqdan qurtulmaq üçün ümidsizcәsinә cәhdlәr edәn uşaqlar, analar vә atalar hәyatlarını itirirlәr. BMT QAK 2016-­cı ilә qaçqınların problemlәrinin hәlli ilә bağlı fәaliyyәtlәrdә dönüş ili kimi baxır. Bu il insanları yurdlarını tәrk etmәyә mәcbur edәn münaqişәlәrә son qoymaq, milyonlarla insana kömәk etmәk üçün kollektiv mәsuliyyәtin qәbul edilmәsi ili olmalıdır. Müraciәtdә qeyd edilib ki, dünya liderlәri bundan sonra passiv müşahidәçi kimi qalmamalıdırlar, çünki çoxlu sayda insanın hәyatı әbәs yerә itirilib. Qaçqınlara kömәk etmәk üçün hәll yolları tapmaq işi üzәrindә ciddi şәkildә düşünülmәlidir.

Daha sonra Ümumdünya Qaçqınlar Günü ilә bağlı BMT QAK­-ın xoşmәramlı sәfiri xanım Keyt Blanşetin çәkildiyi qısametrajlı videomaterial vә Azәrbaycanda olan qaçqın, mәcburi köçkün, sığınacaq axtaran şәxslәrә son 20 ildә dövlәtimiz, donor ölkәlәr vә beynәlxalq humanitar tәşkilatlar tәrәfindәn göstәrilәn qayğıya hәsr edilәn film nümayiş etdirilib.

Azәrbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların vә Mәcburi Köçkünlәrin İşlәri üzrә Dövlәt Komitәsinin sәdri Әli Hәsәnov tәdbirdә çıxış edәrәk bu gün dünyada qaçqın probleminin çox kritik bir hәddә gәlib çatdığını bildirib. Qeyd edib ki, Avropada bununla bağlı vәziyyәt çox gәrgindir, bunu kütlәvi informasiya vasitәlәrindәn dә açıq­-aydın görürük. Ümumiyyәtlә, bu problem bu gün dünyada demәk olar ki, kulminasiya nöqtәsinә qalxıb. Azәrbaycan dövlәti qaçqın vә mәcburi köçkün problemini idarә etmәk üçün xüsusi sistem, mexanizm qurub. Yәni, bu problem elә-­belә idarә olunmayıb. Ulu öndәr Heydәr Әliyev vә Prezident İlham Әliyev son 24 ildә ölkәmizdә qaçqın vә mәcburi köçkün probleminin hәlli istiqamәtindә böyük işlәr görüblәr. Әgәr Avropa istәyәrsә, bu tәcrübәdәn, bu nümunәdәn istifadә edә bilәr.

Bildirilib ki, qaçqın, miqrant, mәcburi köçkün problemi dünyada hәmişә olub. Nә qәdәr insan cәmiyyәti var, bütün dövrlәrdә bu problem mövcud olub. Ancaq bu problem İkinci Dünya müharibәsindәn sonra şiddәtlәnmәyә başladı. Yәni, İkinci Dünya müharibәsindәn sonra münaqişәlәrin sayı artdı. Buna görә dә Birlәşmiş Millәtlәr Tәşkilatı 1951-­ci ildә Qaçqınların statusu haqqında Konvensiyanı qәbul etdi vә bununla, dünya liderlәrinә, aparıcı dövlәtlәrә göstәrmәk istәdi ki, artıq bu problem şiddәtlәnir. Ondan sonra da münaqişәlәrin sayı get-­gedә artdı. Elә münaqişәlәr yarandı ki, elә o dövrlәrdәn, 1950-­1960-­cı illәrdәn bu  günәdәk hәmin münaqişәlәr hәllini tapmayıb. Münaqişәlәrin sayı artdıqca qaçqın vә miqrantların sayı da get­-gedә artmağa başladı. SSRİ dağılandan sonra yeni münaqişәlәr meydana çıxdı. Sosialist bloku dağılandan sonra dünyada münaqişәlәrin sayı ikiqat artdı. O dövrә qәdәr mәcburi köçkün problemi var idi, amma qaçqın, miqrant problemi qәdәr şiddәtli deyildi. Mәcburi köçkün problemi son 30 ildә şiddәtli bir vәziyyәtә gәlib çıxdı, xüsusәn SSRİ dağılandan sonra. BMT 1992-­ci ildә dünyada mәcburi köçkünlәrlә bağlı mәsәlәlәri idarә etmәk üçün qaydalar qәbul etdi. Bu gün dünyanın 42 ölkәsindә münaqişәlәr mövcuddur, 60 milyondan çox qaçqın, mәcburi köçkün var vә onların 40 milyonunu mәcburi köçkünlәr tәşkil edir. Biz BMT­-nin bütün tәdbirlәrindә dәfәlәrlә bu mәsәlәni qaldırmışıq. Әgәr bu gün dünyada mәcburi köçkünlәrin sayı 40 milyonu keçibsә, onları da idarә etmәk üçün Konvensiyanın qәbul olunmasına ehtiyac var. İdarәetmә üçün müәyyәn sәnәdlәr olsa da bu, kifayәt deyil.

SSRİ­-nin dağılmasından sonra müstәqillik әldә edәn dövlәtlәrin içәrisindә dә münaqişәlәr yarandı - Ermәnistan­-Azәrbaycan, Dağlıq Qarabağ münaqişәsi, Gürcüstanda, Moldovada, Orta Asiyada münaqişәlәr baş verdi. XXI әsrin birinci onilliyinin sonunda, ikinci onilliyinin başlanğıcında daha şiddәtli münaqişәlәr başladı, xüsusәn әrәb ölkәlәrindә, İraqda, Liviyada, Misirdә, Tunisdә vә digәr ölkәlәrdә. Belәliklә, münaqişә baş verәn ölkәlәrin sayı daha da artdı. Tәkcә Suriya problemi nәticәsindә yaranan qaçqınların sayı altı milyondan çoxdur. Bu problem çox kritik hәddә çatıb. Dünyanın aparıcı dövlәtlәri bu problemi hәll etmәk üçün müxtәlif yollar axtarırlar.

Ermәnistan­-Azәrbaycan, Dağlıq Qarabağ münaqişәsindәn danışan Әli Hәsәnov bu problemin 1988-­ci ildә başladığını, hәmin il Ermәnistanda yaşayan son 250 min azәrbaycanlının ermәni şovinistlәri tәrәfindәn qovulduğunu vә bununla da Azәrbaycanda yeni qaçqın prosesinin başlandığını diqqәtә çatdırıb. Vurğulayıb ki, Ermәnistanın Azәrbaycan torpaqlarını işğal etmәsi nәticәsindә bu gün bizim 1 milyon 200 min qaçqın vә mәcburi köçkünümüz var. ATӘT-­in Minsk qrupu yarandığı vaxtdan indiyәdәk bu problemi hәll etmәk üçün heç bir konkret addım atmayıb. Azәrbaycan Prezidenti çıxışlarında dәfәlәrlә deyib ki, Ermәnistandakı faşist rejimi düz yola gәlmәyәcәyi tәqdirdә Azәrbaycan mәcburiyyәt qarşısında qalaraq beynәlxalq hüquqa söykәnәrәk öz torpaqlarını istәnilәn yolla azad edәcәk. Münaqişәnin hәll edilmәmәsinin yeganә sәbәbi Ermәnistan rejiminin konstruktiv mövqe tutmamasıdır, çünki onlar bu münaqişә üzәrindәn hakimiyyәtә gәliblәr.

Qeyd edilib ki, münaqişә ilә bağlı mövcud status-­kvo yolverilmәzdir. Minsk qrupunun hәmsәdr ölkәlәrinin rәhbәrlәri dә mövcud status-­kvonun qәbuledilmәz olduğunu bәyan ediblәr. Bu il aprelin 2-­5-­dә Ermәnistan ordusunun qoşunların tәmas xәttindә törәtdiyi tәxribatın qarşısının Azәrbaycan Silahlı Qüvvәlәri tәrәfindәn qәtiyyәtlә alınması Azәrbaycan Prezidentinin dә bildirdiyi kimi, işğal altındakı torpaqlarımızı geri qaytarmaq iqtidarında olduğumuzu bir daha göstәrdi.

Diqqәtә çatdırılıb ki, Ermәnistan rejimi satqın vә xәyanәtkardır. Son vaxtlar Rusiyanın münaqişәnin hәlli ilә bağlı obyektiv mövqeyinә görә Ermәnistanda bu ölkәnin әleyhinә çıxışların başlanması da bunu sübut edir. İrәvanda İkinci Dünya müharibәsindә faşist rejiminә xidmәt etmiş bir ermәninin heykәli ucaldılıb. Bu, Ermәnistan rejiminin iç üzünü bir daha ortaya qoydu.

Qeyd edilib ki, Azәrbaycan Prezidenti bu münaqişәnin sülh yolu ilә hәllinin tәrәfdarıdır. Dövlәtimizin başçısı deyib ki, biz istәmirik ana­-bacılarımız bir daha gözü yaşlı qalsınlar, hәtta istәmirik ermәni analarının da gözü yaşlı qalsın. Baxın, budur Azәrbaycan Prezidentinin mövqeyi. Amma baxın Ermәnistan Prezidentinә mövqeyinә. Serj Sarkisyan bir neçә il әvvәl ermәni gәnclәri ilә görüşdә deyib ki, Dağlıq Qarabağı aldıq, siz gәnclәr dә Ağrı dağını alarsınız. Buna nә ad vermәk olar?!

Әli Hәsәnov Azәrbaycanda qaçqın vә mәcburi köçkünlәrә humanitar yardım göstәrәn beynәlxalq tәşkilatların fәaliyyәtini yüksәk qiymәtlәndirib vә onlara minnәtdarlıq edib. Vurğulayıb ki, 1990-­cı illәrin әvvәllәrindә ağır vәziyyәtlә üzlәşmiş Azәrbaycanda beynәlxalq humanitar tәşkilatların göstәrdiklәri hәmin yardımlar çox vacib idi.

 Baş nazirin müavini diqqәtә çatdırıb ki, Azәrbaycan hökumәti tәrәfindәn mәcburi köçkünlәrin sosial problemlәrinin hәlli üçün 2,5 milyard manat büdcә vәsaiti sәrf edilib. Dövlәt Neft Fondundan 1,9 milyard manat vәsait sәrf edilib vә mәcburi köçkünlәr üçün 94 müasir qәsәbә hәmin vәsait hesabına tikilib. Beynәlxalq humanitar tәşkilatlar isә Azәrbaycana 1,4 milyard dollar vәsait ayırıblar. Bu tәşkilatlar Azәrbaycan hökumәti ilә sıx әmәkdaşlıq ediblәr, Azәrbaycan dövlәtinin qanunvericiliyinә ciddi riayәt ediblәr.

Әli Hәsәnov qaçqın vә mәcburi köçkün problemini yaradan sәbәblәrin aradan qaldırılması üçün sәylәrin birlәşdirilmәsinin vacibliyini vurğulayıb.

BMT-­nin Qaçqınlar üzrә Ali Komissarlığının Azәrbaycanda sәlahiyyәt müddәti başa çatan nümayәndәsi Daq Siqurdson bildirib ki, problemlәri hәmrәylik, ksenofobiyaya qarşı mübarizә vә birgә sәylәrlә hәll etmәk mümkündür. O, kütlәvi informasiya vasitәlәrinin qaçqın vә mәcburi köçkün problemlәrinә daha çox diqqәt ayırmasının önәmini qeyd edib. D.Siqurdson qaçqın probleminin hәlli mәsәlәsindә digәr ölkәlәrin Azәrbaycanın tәcrübәsindәn faydalana bilәcәyini qeyd edib. Vurğulayıb ki, Azәrbaycan bu problemlәrin öhdәsindәn tәkbaşına gәlir. Vaxtilә Azәrbaycana gәlәn qaçqınlar indi cәmiyyәtә inteqrasiya olunublar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur