Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin məlumatı  

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində 15 nəfər Banqladeş Xalq Respublikasının və 5 nəfər Pakistan İslam Respublikasının vətəndaşı saxlanılıb.

Araşdırma zamanı bu şəxslərin ölkəyə gətirilməsini, onların pas­port­ları götürülməklə ayrı-ayrı ünvanlarda qrup şək­lin­­də yerləşdirilməsini və Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu üzrə qanun­suz miq­rasiyanı təşkil edənlərin Yunanıstanda məskunlaşmış Banqladeş Xalq Res­pub­li­­ka­sı­nın vətəndaşı Selim Muhammed və onun Azərbaycanda əlaqələndiricisi, ölkə əra­zi­­sin­də qanunsuz yaşayan, Dövlət Miqrasiya Xidməti tərəfindən axtarılan həm­yer­­lisi Nahid Neovaz olması müəyyən edilib.

Keçirilən tədbirlər nəticəsində Selim Mu­ham­­medin Nahid Neovaz vasitəsilə Azərbaycan Respub­li­ka­sın­dan tran­zit ölkə kimi istifadə etməklə Banqladeş vətəndaşlarının İran İslam Res­pub­li­ka­sına ötü­rülməsini və oradan təyinat ölkəsinə çatdırılmasını təşkil etmələrinə dair faktlar öz təsdiqini taparaq tam sübuta yetirilib.

Dövlət Miqrasiya Xidməti Selim Muhammed, Nahid Neovaz və onların vasitəçiliyi ilə Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqranta çevrilmiş digər Banqladeş vətəndaşları barəsində müvafiq araşdırmaları da­vam etdirir.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti