Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

  “Beynəlxalq Sülh günü” ilə əlaqədar Dövlət Miqrasiya Xidməti paytaxtda və bölgələrdə tədbirlər keçirib  

Hər il bütün dünya ölkələrində qeyd edilən 21 sentyabr “Beynəlxalq Sülh günü” ilə əlaqədar 21 avqust – 21 sentyabr tarixlərində elan olunan “Sülh aylığı” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın  müddəalarının icrası ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək Tədbirlərə dair plan hazırlanmışdır. Tədbirlər Planına uyğun olaraq Şirvan Regional Miqrasiya İdarəsinin əhatə etdiyi Salyan şəhərində və Lənkəran RMİ-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmişdir. Analoji mövzuda Bakı Regional Miqrasiya İdarəsində də əməkdaşların iştirakı ilə tədbir keçirilmişdir. 

Tədbirlərdə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşlarının ayrı-ayrı mövzularda məruzələri dinlənilmiş, mövzu ilə bağlı ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti