Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Polşa miqrasiya işçilərinin Azərbaycan Respublikasına texniki səfəri

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi (ŞACQKT) çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi Polşa miqrasiya işçilərinin Azərbaycan Respublikasına texniki səfərini təşkil edib.

Məqsədi ŞACQKT layihəsinə cəlb olunan iştirakçı və tərəfdaş ölkələr arasında qaçqın statusunun müəyyənləşdirilməsi sahəsində təcrübə mübadiləsini asanlaşdırmaqdan ibarət olan səfər zamanı Polşa miqrasiya ekspertləri ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında oktyabrın 22-də və 23-də məşvərətçi görüşlər təşkil olunub.

Görüşlərin sessiyaları polşalı ekspertlər və Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin əməkdaşları tərəfindən aparılıb.

Azərbaycan Respublikası 2013-cü ilin aprel ayında fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsində iştirak edən altı ölkədən biridir. İki illik layihə Avropa İttifaqı və BMT QAK tərəfindən birgə maliyyələşdirilərək BMT QAK tərəfindən həyata keçirilir və altı ölkədə sığınacaq prosedurları və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti