Dövlət Miqrasiya Xidməti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında Razılaşma imzalanmışdır

19 dekabr 2013-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin Aparatında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında Razılaşmanın imzalanma mərsimi keçirilmişdir.

 

Tədbirdə Dövlət Miqarsiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, Dr Qafar Əsgərzadə, yerli və beynəlxalq təşkilatların, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 

 

Tədbiri giriş sözü ilə P.Musayev açaraq Dövlət Miqrasiya Xidməti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında əməkdaşlıq haqqında Razılaşmanın imzalanmasının əhəmiyyətindən danışmışdır.

 

Bildirilmişdir ki, əməkdaşlıq haqqında razılaşmanın əsas məqsədi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən səlahiyyətləri daxilində razılaşmada qeyd olunan məsələlərin yüksək səviyyədə icrasını təmin etməkdir.

 

Q.Əsgərzadə çıxışında imzalanan Razılaşmanın iki qurum arasında əməkdaşlıq əlaqələrinin genişləndiriləsinə öz töhfələrini verəcəyini qeyd etmişdir.

 

Tədbirin sonunda Dövlət Miqrasiya Xidməti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında Razılaşma imzalanmışdır. Razılaşmanı Dövlət Miqarsiya Xidməti tərəfindən Xidmətin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən isə vitse-prezident, Dr Qafar Əsgərzadə imzalamışlar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur