Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Tvinninq layihəsi çərçivəsində 2-ci Rəhbərlik görüşü keçirilmişdir

12 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” mövzusunda Tvinninq layihəsinin 2-ci Rəhbərlik görüşü keçirilmişdir.

 

Görüşdə layihənin Avropa İttifaqından tərəfdaş ölkələri olan Niderland, Rumıniya və Latviyadan nümayəndələr, benefisiar ölkə tərəfindən layihə rəhbəri, layihə üzrə əlaqələndirici şəxs, Komponent rəhbərləri, həmçinin Avropa İttifaqı nümayəndəliyinin, Azərbaycanda Tvinninq, TAİEX və Siqma əməliyyatlarının tətbiqi üzrə layihə ofisinin və İqtisadi İnkişaf Nazirliyinin nəzdnində yaradılmış Proqram İdarəetmə Qurumunun əməkdaşları iştirak etmişlər.

 

Görüşüdə layihə çərçivəsində  son 3 ay ərzində həyata keçirilmiş tədbirlərin təhlili, əldə olunan nəticələr, nailiyyətlər, 2-ci rübün  hesabatının təhlili və növbəti rübdə təşkil ediləcək tədbirlərbarədə  müzakirələr aparılmışdır.

 

Növbəti Rəhbərlik görüşünün vaxtı isə 2013-cü ilin oktyabr ayına müəyyən edilmişdir.

 

Qeyd edək ki, 2013-2015-ci illəri əhatə edən bu layihədə Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland, digər tərəfdaş ölkələr isə Latviya və Rumıniyadır.

 

Ümumilikdə, layihə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün təlim-tədris metodlarının təkmilləşdirilməsi və ictimaiyyətin miqrasiya məsələləri üzrə maarifləndirilmə məqsədilə bundan sonra da seminarların keçirilməsi, həmçinin Avropa İttifaqı ölkələrinə təlim səfərlərinin təşkili nəzərdə tutulmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur