Latviyalı ekspertlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində görüş keçirmişlər

18-22 fevral 2013-cü il tarixdə Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsindən, Latviya Dövlət Sərhəd Xidmətindən dəvət olunmuş ekspertlər və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə miqrasiya qanunvericiliyinə dair 5 günlük qiymətləndirmə görüşləri təşkil edilmişdir. Görüşdə əsas müzakirə mövzusu qanuni və qanunsuz miqrasiyanın təhlili, hər iki ölkə arasında miqrasiya ilə bağlı qanunvericiliyin müqayisəsi və Latviyanın bu sahədə təcrübəsinin öyrənilməsi olmuşdur.

5 günlük qiymətləndirmə görüşü çərçivəsində iki paralel qrup şəklində həm qanuni, həm də qanunsuz miqrasiya barədə məlumat mübadiləsi aparılmışdır. O cümlədən latviyalı ekspertlər Qanunsuz miqrantların Saxlanılması Mərkəzinə səfər etmiş, orada olan şəraitlə yaxından tanış olmuşlar.  

Qeyd edək ki, bu görüş Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq İnstrumenti proqramı çəçivəsində maliyyələşən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyyətinin professional inkişafına dəstək” Tvinniq layihəsi çərçivəsində həyata keçirilmişdir. 2013-2015-ci illəri əhatə edən bu layihədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland Krallığı, digər tərəfdaş ölkələri isə Latviya və Rumıniyadı.

Ümumilikdə, layihə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarınıın professional inkişafı üçün təlim-tədris metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin artırılması üzrə bundan sonra da 4 istiqamət üzrə seminar və görüşlər keçirələcəkdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur