İndoneziya Respublikasının ölkəmizdəki Səfirinin müavini Dövlət Miqrasiya Xidmətində olmuşdur

26 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müavini Aqus Trimartononu və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Qonaqları səmimi salamlayan Pərviz Musayev Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi və səlahiyyətləri barədə məlumat vermişdir. Xidmət rəisinin müavini son zamanlar sosial-iqtisadi inkişaf nəticəsində ölkədə intensivləşən miqrasiya proseslərinin tənzimlənməsi və bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdirilməsindən söz açmışdır.

A.Trimartono xidmət rəisinin müavininə səmimi qəbula görə minnətdarlığını bildirmişdir. Qonaq iki ölkə arasında olan münasibətlərdən və miqrasiya sahəsində birgə əməkdaşlığın perspektivlərindən danışmışdır.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur