Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar müsabiqə elan etmişdir

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar müsabiqə elan etmişdir.

Miqrasiya orqanlarına qulluğa qəbul Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin və Azərbaycan  Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aparılır. Müsabiqədə yalnız vakant vəzifələrin tələblərinə cavab verən vətəndaşlar iştirak edə bilər.

Müsabiqəyə sənədlərin qəbulu müvafiq ərizə formasında 02.07.2012-ci il tarixdən 03.08.2012-ci il tarixədək aparılır. İştirak etmək istəyən vətəndaşlar  tələblərə cavab verdikləri halda göstərilən müddət ərzində müvafiq ərizə formasını doldurmalı və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri Dövlət Miqrasiya Xidmətinin Aparatının  inzibati binasına - Bakı şəhəri, Binəqədi rayonu,  3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanına təqdim etməlidirlər. Ərizə formasını və sənədlər siyahısını Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) müvafiq bölmədən əldə etmək olar.

Xarici dil biliklərinə malik olan vətəndaşlara müsabiqədə üstünlük verilir.

Əlavə məlumatları (012) 562 53 01 saylı telefonla əldə etmək mümkündür.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur