Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidmətinin rəisi İraq Respublikasının Azərbaycandakı səfirini  qəbul etmişdir

27 Sentyabr  2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov İraq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Əl-Barrakı qəbul etmişdir.

 

Xidmət rəisi Arzu Rəhimov rəhbəri olduğu qurumun yaranma tarixi və fəaliyyəti barədə məlumat verərək, tərəflər arasında əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirmişdir.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir bu sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulamışdır.

 

Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, miqrasiya sahəsində  qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilmişdir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti