Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidmətinin rəisi Polşada keçirilən Praqa Prosesinin II Nazirlər Konfransında  iştirak etmişdir

3-4 noyabr 2011-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov və rəhbərlik etdiyi nümayəndə heyəti Praqa Prosesinin Miqrasiya Tərəfdaşlıq Quruculuğuna dair II Nazirlər Konfransında iştirak etmək məqsədilə Polşa Respublikasının Poznan şəhərində rəsmi səfərdə olmuşdur.

“Avropa İttifaqı, Şengen zonası, Şərqi Avropa və Mərkəzi Asiya arasında miqrasiya sahəsində tərəfdaşlığın inkişafına yönəlmiş yeni siyasi təşəbbüslər” adlanan 2-ci Nazirlər Konfransında dünyanın əksər dövlətlərinin nümayəndələri - Aİ, Cənub-Şərqi Avropa, MDB, Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrinin təmsilçiləri iştirak etmişdir.

Konfransın sonunda Praqa Prosesinin 2012-2016-cı illər üzrə Fəaliyyət Planı səsə qoyulmuş və yekdilliklə qəbul olunmuşdur.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti