Dövlət Miqrasiya Xidmətində andiçmə mərasimi keçirilmişdir

20 iyul 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyində  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test imtahanından müvəffəqiyyətlə keçərək, Xidmətin təlim kuslarını uğurla başa vurmuş dinləyicilərin Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli 930-IIIQ saylı Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə uyğun olaraq, andiçmə mərasimi keçirilmişdir.

Mərasim Azərbaycan Respublikasının Dövlət bayrağının gətirilməsi və Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlanmışdır.

Dövlət bayrağı önündə Azərbaycan Respublikasına sadiq olacaqlarına,  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl  edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəklərinə, intizamlı olacaqlarına,  dövlət sirrini və xidməti sirri qoruyacaqlarına sədaqət andı içən dinləyicilərə   mərasimin sonunda təlim kursunu müvəffəqiyyətlə bitirmələri barədə müvafiq vəsiqələr, həmçinin miqrasiya orqanları əməkdaşlarının  xidməti vəsiqələri təqdim olunmuşdur.

Mərasimdə Xidmət rəisinin müavini, baş miqrasiya xidməti müşaviri Elman Əliyev miqrasiya orqanlarına qulluğa qəbul edilmiş əməkdaşları təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur