Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Azərbaycan Respublikasının miqrasiya orqanlarına yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilmişdir

18 mart 2011-ci il tarixdə Dövlət Miqrasiya Xidmətində “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test  imtahanından  müvəffəqiyyətlə keçərək Azərbaycan Respublikasının miqrasiya orqanlarına yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilmişdir.

Andiçmə mərasimi Dövlət bayrağının Xidmətin Heydər Əliyev muzeyinə gətirilməsi ilə başlanmışdır. Xidmət əməkdaşları dövlət bayrağı önündə Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəklərinə, intizamlı olacaqlarına, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına and içmişlər.

Mərasimin sonunda əməkdaşlara şəhadətnamələr təqdim olunmuşdur.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti