Dövlət Miqrasiya Xidmətində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ekspertləri ilə görüş keçirilmişdir

25 may 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ekspertləri ilə görüş keçirilmişdir.

 

Səmimi salamlanan qonaqlara Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyəti, qısa müddət ərzində əldə etdiyi uğurlar barədə geniş məlumat verilmişdir.

 

Görüşdə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz tərəfindən 2005-ci ildə hazırlanmış “Budapeşt Prosesinin MDB iştirakçı dövlətlərinə genişlənməsi” layihəsi çərçivəsində “MDB iştirakçı dövlətlərində miqrasiya sisteminin icmalı”nın Azərbaycanla bağlı hissəsinə dair şərh və düzəlişlərlə bağlı danışıqlar aparılmışdır.

 

Sonda icmalın Azərbaycanla bağlı hissəsinə dair qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmış,  qarşılıqlı əhəmiyyət kəsb edən digər məsələlər müzakirə edilmişdir.