Dövlət Miqrasiya Xidmətinin rəisi Pakistan İslam Respublikasının ölkəmizdəki səfirini qəbul etmişdir

2 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Əbdul Həmid və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Görüş zamanı xidmət rəisi Arzu Rəhimov ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, həmçinin bu günlərdə yaradılmasının 3-cü ildönümü qeyd edilən Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər barədə məlumat vermişdir.

 

Səmimi qəbula görə təşəkkür edən səfir Əbdul Həmid gələcəkdə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında mövcud olan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir.

 

Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq və miqrasiya sahəsində maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.