Dövlət Miqrasiya Xidmətində görüş keçirilmişdir

17 mart 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin səlahiyyətlərini icra edən Nikoloz Qoqitidzeni qəbul etmişdir.

 

Görüş zamanı xidmət rəisi Arzu Rəhimov ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər, həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

 

Səmimi qəbula görə təşəkkür edən Nikoloz Qoqitidze gələcəkdə iki dost ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.

Görüşdə tərəflər arasında miqrasiya sahəsində maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.