Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin rus dili variantı istifadəyə verilmişdir

16 Mart 2010-cu il tarixdən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin (www.migration.gov.az) rus dili variantı istifadəyə verilmişdir.

 

Ölkəyə daxil olmuş və burada yaşayan, həmçinin dünyanın hər bir yerindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinə daxil olan rusdilli istifadəçilər ölkənin miqrasiya sahəsində mövcud qanunvericilik aktları, eləcə də qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklərə dair, o cümlədən  müvəqqəti və daimi yaşamaq, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsi, ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi və bu kimi məsələlərlə əlaqədar məlumatları bundan sonra rus dilində də əldə edə biləcəklər. İstifadəçilər internet səhifənin “Sual-cavab” xidmətinə, həmçinin qurumun elektron ünvanlarına - "info@migration.gov.az", "statemigrationservice@bakinter.net"ə onları maraqlandıran məsələlərlə bağlı rus dilində müraciət edə, ünvanladıqları suallara elə bu dildə cavab tapa bilərlər.

 

Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi artıq üç dildə - Azərbaycan, ingilis  və rus dillərində fəaliyyət göstərir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur