Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov  Norveç Krallığının Ədliyyə və Polis İşləri Nazirliyinin nümayəndə heyətini qəbul etmişdir

24 Noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov  ölkəmizdə səfərdə olan Norveç Krallığının Ədliyyə və Polis İşləri Nazirliyinin Baş katibi Morten Ruudun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Qonaqları səmimi salamlayan Arzu Rəhimov Azərbaycanda miqrasiya proseslərindən, Dövlət Miqrasiya Xidmətinin yaranma tarixindən, bu sahədə görülən işlərdən və qısa müddət ərzində əldə edilmiş nailiyyətlərdən danışmışdır.

 

Görüşdə Azərbaycanla Norveç arasında miqrasiya sahəsində ikitərəfli münasibətlərin qurulması və inkişafı məsələləri müzakirə edilmişdir.

 

Morten Ruud Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovu Norveç Krallığına dəvət etmişdir.

 

Tədbirdə Norveç Krallığının ölkəmizdəki səfirinin birinci katibi Lars Xansen də iştirak etmişdir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti