Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 15 İyun - Milli Qurtuluş Günü qeyd olunmuşdur

14 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 15 İyun - Milli Qurtuluş Günü qeyd olunmuşdur.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti  müşaviriArzu Rəhimov tədbiri açaraq, 1993-cü ildə Azərbaycanın parçalanma və məhv olma təhlükəsi ilə üz-üzə qaldıgı bir vaxtda ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mübarizəsindən, ümummilli liderin ilk növbədə, ölkədə hökm sürən özbaşınalığa son qoymasından, gələcək inkişafın bünövrəsini təşkil edən sabitliyi bərqərar etməsindən, ölkəni bürümüş ağır böhran vəziyyətini aradan qaldırmasından və paralel olaraq yeni dövrün tələblərinə uyğun köklü islahatlar həyata keçirməsindən danışmışdır. Xidmət rəisi qeyd etmişdir ki, belə bir dövrdə doğma xalqının önündə gedən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bilmiş, Vətənin qurtuluş savaşına başçılıq etməklə Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuşdur. Siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etməklə Heydər Əliyevin tariximizdə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çox şərəfli bir ad qazandıgını vurgulayan A.Rəhimov Ulu öndərin bu şanlı tarixi missiyanı son dərəcə çətin, mürəkkəb və ziddiyyətli siyasi şəraitdə yerinə yetirdiyini, müdrik siyasətçinin qısa müddət ərzində vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdıgını iştirakçıların nəzərinə çatdırmışdır.

 

Xidmət rəisi A.Rəhimov çıxışının sonunda bütün sahələrdə oldugu kimi, son illər miqrasiya sahəsində də əldə edilən nailiyyətlərin məhz 15 İyun 1993-cü ildə öz dahiliyini bir daha tarixin sınağına çıxarmış ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti və ölkə Prezidenti cənab İlham Əliyevin davamlı fəaliyyəti nəticəsində mümkün olduğunu qürur hissi ilə qeyd etmişdir. 

Tədbirin sonunda Xidmət əməkdaşlarına yeni xidməti vəsiqələr təqdim olunmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur