Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət edib
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, Zəfər abidəsi önünə gül dəstələri qoyulub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu möhtəşəm Qələbə şəhidlərimizin qəhrəmanlığının, qazilərimizin fədakarlığının və xalqımızın sarsılmaz birliyinin təntənəsidir.
Qəhrəmanlarımız unudulmur! Zəfərimiz əbədi olsun!
Azərbaycan Respublikası