Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində xalqımızın şanlı tarixinin unudulmaz səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə tədbir təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın Vətən müharibəsində qazandığı tarixi Zəfəri əks etdirən foto sərgi ilə tanış olublar.

Sonra Dövlət Miqrasiya Xidmətinin aparatında Vətən müharibəsində qazanılmış tarixi Qələbəni simvolizə edən “Zəfər guşəsi” ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Rəsmi mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidməti rəisinin müavini, I Qarabağ müharibəsi iştirakçısı Elman Əliyev tarixi Zəfərə aparan şərəfli və çətin mübarizə yolundan, eləcə də Qələbənin milli birliyimiz və dövlətçilik tariximiz baxımından daşıdığı əhəmiyyətdən bəhs edib. Qeyd olunub ki, möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, xalqımızın sarsılmaz birliyi və həmrəyliyi sayəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Xalqımızın böyük qürur və fəxarət hissi ilə qeyd etdiyi şanlı Zəfər salnaməsi tariximizin yaddaşına əbədi həkk olunub.

Tədbirin fəxri qonaqları, Vətən müharibəsi iştirakçıları Amil Mustafayev və Famil Məlikov döyüş meydanında keçdikləri şərəfli və çətin yoldan, qarşılaşdıqları sınaqlardan, eləcə də həmin günlərdə yaşadıqları unudulmaz hiss və duyğulardan bəhs edərək xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Sonra Vətən sevgisi, qəhrəmanlıq və nəsillər arasında mənəvi bağlılıq mövzularını əks etdirən “Atalar və oğullar” bədii-sənədli filmi nümayiş olunub.

Sonda xatirə şəkli çəkilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti