Hakim vəzifəsinə təyin edilmiş Dövlət Miqrasiya Xidmətinin əməkdaşı ilə görüş keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 oktyabr tarixli “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuş Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Fatimə Zərbiyeva-Babazadə Xidmət rəisi cənab Vüsal Hüseynov tərəfindən qəbul edilib.
Görüş zamanı Fatimə Zərbiyeva-Babazadənin Dövlət Miqrasiya Xidmətindəki fəaliyyəti müsbət qiymətləndirilib, xidməti vəzifələrinin nümunəvi icrasına görə Xidmət rəisi tərəfindən təşəkkürnamə ilə təltif edilib və yeni təyinatı münasibətilə Xidmət kollektivinin təbrikləri çatdırılıb, gələcək məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.
Sonda xatirə şəkli çəkilib.
Azərbaycan Respublikası