Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

"Miqrasiya Məktəbi-9" layihəsinə start verilir

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi – 9” layihəsində iştirak ilə bağlı müsabiqə elan olunur.

Layihədə iştirak üçün ali təhsil müəssisələrinin hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, coğrafiyaşünaslıq, tarix, şərqşünaslıq, avropaşünaslıq, amerikaşünaslıq, tərcüməçilik, jurnalistika, turizm, dövlət idarəçiliyi, sosiologiya, dövlət və ictimai münasibətlər, dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisasları üzrə bakalavriat səviyyəsinin yuxarı kurslarında və ya magistratura səviyyəsində təhsil alan, habelə qeyd olunan ixtisaslar üzrə ali təhsilini yeni başa vurmuş gənclər müraciət edə bilərlər.

Layihə barədə ətraflı məlumat Konsepsiya Sənədində təqdim olunur. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara miqrasiya sahəsində peşəkar biliklərini artırmaq, müasir miqrasiya meyilləri və müvafiq beynəlxalq tərəfdaşlar barədə məlumat əldə etmək, Azərbaycanda miqrasiyanın idarə olunması mexanizmləri və hüquqi əsasları üzrə nəzəri və praktiki biliklərə yiyələnmək imkanı yaradacaqdır. Eyni zamanda, layihə çərçivəsində iştirakçıların Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçməsi də nəzərdə tutulur.

Müəyyən edilmiş şərtlərə cavab verən və təlim proqramında iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

İlkin seçim mərhələsindən keçən namizədlər müsahibəyə dəvət ediləcəklər.

Layihədə iştirak üçün müraciət sənədləri 20 oktyabr 2026-cı il tarixinədək elektron poçt (migrationschool@migration.gov.az) vasitəsilə qəbul edilir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti