Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində əməkçi miqrantların hüquqlarının müdafiəsi mövzusunda tədbir keçirilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin və digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Dövlət Miqrasiya Xidmətində “Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi: beynəlxalq standartlar və milli təcrübə” mövzusunda tədbir keçirilib.

Tədbirin əsas məqsədi “Bütün Əməkçi Miqrantların və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın müddəaları, əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq standartlar və milli təcrübə barədə fikir mübadiləsinin aparılması, mövcud çağırışların müzakirə edilməsi, eləcə də bu istiqamətdə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın daha da gücləndirilməsi olub.

Tədbirdə Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov çıxış edərək əməkçi miqrantların hüquqlarının müdafiəsinin əhəmiyyətinə toxunub, bu sahədə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Tədbir çərçivəsində əməkçi miqrantların hüquqi statusu, əmək və sosial hüquqlarının təmin edilməsi, sosial inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin Beynəlxalq Konvensiyanın müddəalarının milli səviyyədə təşviqi istiqamətində həyata keçirilən işlər diqqətə çatdırılıb.

Çıxışlar zamanı miqrasiya sahəsində maarifləndirmə fəaliyyətinin əhəmiyyəti xüsusi qeyd olunub. Əməkçi miqrantların hüquqlarının daha səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və digər maraqlı tərəflər arasında əməkdaşlığın və dialoqun davam etdirilməsinin, eləcə də məlumat mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

İnteraktiv şəraitdə keçirilən tədbirdə əməkçi miqrantların əmək fəaliyyəti, cəmiyyətə inteqrasiyası, ölkə ərazisində olma və yaşama hüquqları, habelə digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilib.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti