Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün etik davranış və korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilib

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov tərəfindən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün "Korrupsiyaya qarşı mübarizə: Qanunvericilik və praktika" mövzusunda maarifləndirici tədbir keçirilib.

 Tədbir Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamından irəli gələn tələblərə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi və bu istiqamətdə maarifləndirmə fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkil olunub.

Zaur İbrahimov çıxışında korrupsiyaya qarşı mübarizə mexanizmləri, maraqların toqquşmasının qarşısının alınması və bu halların idarə olunması, milli qanunvericiliyin tələbləri və etik standartların praktiki tətbiqi barədə məlumat verib.  

Sonda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti