Dövlət Miqrasiya Xidmətində mülki müdafiə üzrə təlim keçirilib
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2026-cı il üçün Mülki Müdafiə Tədbirlər Planı”nın icrası ilə əlaqədar, hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi təşkil edilərək keçirilib.
Plana əsasən tədbir zamanı əməkdaşlar Dövlət Miqrasiya Xidmətinin müllki müdafiə dəstələrinin vəzifələri barədə məlumatlandırılıb. Bununla yanaşı işçilərə Dövlət Miqrasiya Xidmətinin inzibati binasında baş verə biləcək fövqəladə hadisələr zamanı dəstələrin fəaliyyətinin nədən ibarət olacağı, onların operativ reaksiyası və digər əməkdaşların inzibati binadan təhlükəsiz əraziyə təxliyəsinin həyata keçirilməsi təkrar izah edilib, yanğın balonlarından istifadə etməklə praktiki təlim həyata keçirilib.
Azərbaycan Respublikası