Dövlət Miqrasiya Xidmətində İnsan Hüquqları Gününə həsr olunmuş təlim keçirilib
“İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikası miqrasiya orqanları işçiləri üçün onlayn formatda təlim təşkil olunub.
Təlim Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Mülki proses və mülki hüquq kafedrasının müəllimi, III dərəcəli dövlət ədliyyə müşaviri Nurəddin Mustafayev tərəfindən “İnsan hüquqlarının qorunması üzrə institusional mexanizmlər. Beynəlxalq konvensiyalar və ondan irəli gələn tələblər” mövzusunda keçirilib.
Təlim zamanı insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən milli və beynəlxalq institusional mexanizmlər, insan hüquqlarının təmin olunmasına dair beynəlxalq konvensiyalar, dövlətlərin üzərinə düşən öhdəliklər, habelə bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə məlumat verilib. Eyni zamanda, miqrasiya sahəsində insan hüquqlarının qorunmasının əhəmiyyəti vurğulanıb, beynəlxalq standartların tətbiqi və praktiki məsələlərə toxunulub.
Azərbaycan Respublikası