Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin may ayı ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2026-cı ilin may ayı ərzində 5124 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 1409-u müvəqqəti yaşama icazəsi, 98-i müvəqqəti olma müddətinin uzadılması, 325-i vətəndaşlıq məsələləri, 557-i olduğu yer üzrə qeydiyyat, 447-i daimi yaşama icazəsi, 646-sı iş icazəsi, 200-ü inzibati xəta, 1442-si isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.
Azərbaycan Respublikası