Dövlət Miqrasiya Xidmətində “Uşaq hüquqları” mövzusunda təlim keçirilib
Dövlət Miqrasiya Xidmətinin Təlim Mərkəzində Xidmət əməkdaşlarının iştirakı ilə “Uşaq hüquqları” mövzusunda təlim təşkil olunub.
Təlim Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Ombudsman Aparatının əməkdaşları Nigar Ağayeva və Azər İsalı çıxış edərək uşaqların hüquq və azadlıqlarının qorunmasının əhəmiyyəti, uşaq hüquqlarının müdafiəsi sahəsində milli və beynəlxalq hüquqi mexanizmlər, eləcə də Ombudsman təsisatının bu istiqamətdə həyata keçirdiyi fəaliyyət barədə məlumat veriblər.
Təlim çərçivəsində iştirakçılara BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının əsas müddəaları, uşaq hüquqlarının müdafiəsi sahəsində qüvvədə olan qanunvericilik aktları, mövcud müdafiə mexanizmləri, beynəlxalq hüquq normaları və aidiyyəti dövlət qurumlarının səlahiyyətləri barədə məlumat təqdim olunub.
İnteraktiv müzakirələr şəraitində davam edən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikası