Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin aprel ayı ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2026-cı ilin aprel ayı ərzində 6165 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 1885-i müvəqqəti yaşama icazəsi, 126-sı müvəqqəti olma müddətinin uzadılması, 389-u vətəndaşlıq məsələləri, 549-u olduğu yer üzrə qeydiyyat, 541-i daimi yaşama icazəsi, 873-ü iş icazəsi, 198-i inzibati xəta, 1604-ü isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.
Azərbaycan Respublikası