Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Əməyin mühafizəsi mövzusunda təlim təşkil olunub

Dövlət Miqrasiya Xidmətinin Təlim Mərkəzində miqrasiya orqanları əməkdaşlarının iştirakı ilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin mütəxəssisi Valeh Nağıyev tərəfindən “Əməyin mühafizəsi” mövzusunda təlim təşkil olunub.

Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi və Təlim-tədris mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlim çərçivəsində iştirakçılara əmək mühafizəsinin əsas anlayışları və prinsipləri, əmək qanunvericiliyinin tələbləri, eləcə də iş yerlərində təhlükəsiz əmək şəraitinin təşkili barədə məlumat verilib.

Eyni zamanda əmək münasibətlərinin tənzimlənməsi, o cümlədən istirahət vaxtı və məzuniyyət hüququ, onların təmin edilməsi mexanizmləri, eləcə də əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə iştirakçılar məlumatlandırılıb. Bununla yanaşı, gender bərabərliyinin təşviqi, əmək münasibətlərində bərabər imkanların yaradılması və işçilərin hüquqlarının qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti