Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Almatı Prosesi çərçivəsində Yüksək Vəzifəli Şəxslərin 11-ci görüşü keçirilib

9 aprel tarixində Almatı Prosesi çərçivəsində Yüksək vəzifəli şəxslərin 11-ci görüşü onlayn formatda baş tutub.

Görüş Qazaxıstan Respublikasının Almatı Prosesinə sədrliyi və “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasına dair “Çempion ölkələr” təşəbbüsünün 2026-cı il üzrə həmsədri qismində Azərbaycan Respublikasının dəstəyi ilə təşkil olunub.

Tədbir zamanı Almatı Prosesinin regional dialoq və əməkdaşlıq üçün effektiv platforma kimi rolu və əhəmiyyəti xüsusi vurğulanıb. İştirakçılar prosesin region ölkələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni qeyd ediblər.

Görüşün əsas gündəliyini 2026-cı il mayın 5-dən 8-dək BMT-nin Baş Qərargahında keçiriləcək ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq məsələləri təşkil edib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti