Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Slovakiya Respublikasının Ombudsmanı Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində olub

Ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzinə səfər edib. Səfər zamanı qonaqları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları müşayiət ediblər.

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev qonaqlara müvəqqəti yerləşdirmə mərkəzlərinin müasir standartlara uyğun qurulmuş fəaliyyəti, mərkəzlərdə yerləşdirilən şəxslərin hüquq və vəzifələri, onların yerləşdirilməsi və saxlanılması qaydaları, müvafiq prosedurlar barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində qonaqlar miqrantların mərkəzə qəbulu və yerləşdirilməsi prosesi, saxlanma şəraiti, yaşayış binaları və tibb otaqları, görüş və istirahət sahələri, həmçinin yeməkxana ilə tanış olublar. Səfər zamanı nümayəndə heyəti mərkəzdə yerləşdirilən şəxslərlə də görüşüb.

Bundan başqa qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti