Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Miqrasiya Məktəbi - 8” layihəsi çərçivəsində təlimlər davam etdirilir

Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə təşkil edilən “Miqrasiya Məktəbi – 8” layihəsi çərçivəsində növbəti təlimlər təşkil edilib.

Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzinin,   Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən keçirilib.

İnteraktiv şəkildə təşkil olunan təlimlər “Azərbaycan Respublikasının viza siyasəti”, “Çağrı mərkəzinin fəaliyyəti ilə tanışlıq” və “Bakı şəhər müvəqqəti yerləşdirmə mərkəzinin fəaliyyəti” mövzularına həsr olunub.

Bundan başqa iştirakçılar Xidmətin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsi və Çağrı mərkəzi şöbəsinin, həmçinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzinin fəaliyyəti və iş şəraiti ilə tanış olublar.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti