Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və şəxsi heyəti fevralın 26-da Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan bu dəhşətli qətliamda amansızca qətlə yetirilmiş Xocalı sakinlərinin ruhu ehtiramla anılıb və abidə önünə gül dəstələri düzülüb.

Həmçinin Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində anım mərasimi keçirilib.

Əvvəlcə Dövlət Miqrasiya Xidməti aparatında yerləşən Ordumuzun Vətən müharibəsindəki tarixi Qələbəsini simvolizə edən “Zəfər Guşəsi” ziyarət olunub, önünə qərənfillər düzülüb.

Xidmətin akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev çıxış edərək ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətlərdən, xüsusilə XX əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımından və dinc əhaliyə qarşı həyata keçirilən amansız qətliamlardan bəhs edib.

Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan tarixi Qələbə ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, ədalətin bərpası istiqamətində mühüm addımlar atılıb. Bu gün Xocalıda dalğalanan üçrəngli bayrağımız haqqın və ədalətin təntənəsini, faciə qurbanlarının xatirəsinin daim uca tutulduğunu nümayiş etdirir.

 Tədbrin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub

 Həmçinin regional miqrasiya idarələrinin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini rayon ictimaiyyəti tərəfindən təşkil olunan anım tədbirləri çərçivəsində ehtiramla yad ediblər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti