Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”a həsr olunmuş növbəti çoxtərəfli məsləhətləşmələr keçirilib

Dövlət Miqrasiya Xidmətində 13 fevral tarixində “Azərbaycanda “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın (Miqrasiya üzrə Qlobal Pakt) icrası və gələcək prioritetlər” mövzusuna həsr olunmuş növbəti çoxtərəfli məsləhətləşmələr baş tutub. Tədbir Dövlət Miqrasiya Xidməti, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisinin Ofisinin birgə təşkilatçılığı ilə keçirilib.  

Miqrasiya üzrə Qlobal Paktın rəhbər prinsiplərindən olan “ümumcəmiyyət prinsipi”nə əsaslanan məsləhətləşmələrdə ölkəmizdə miqrasiya sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

İnteraktiv müzakirələr zamanı Miqrasiya üzrə Qlobal Paktın məqsəd və prinsipləri, onun icrası istiqamətində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, qeyri-hökumət təşkilatlarının Paktın həyata keçirilməsinə verdiyi töhfələr və təkliflər, həmçinin Forum öncəsi prioritetlər diqqət mərkəzində olub.

Xatırladaq ki, tədbir cari ilin 5-8 may tarixlərində keçiriləcək ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq çərçivəsində təşkil olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti